Avroliqanın 1/16 final mərhələsinin mərkəzi qarşılaşması “Old Trafford”da olub. Yerli “Mançester Yunayted” futbolçuları “Barselona”nı qəbul ediblər. Oyunda hesabı qonaqlar açıblar. Robert Levandovski penaltini dəqiq yerinə yetirib. Fasiləyə hesabda geridə yollnana meydan sahibləri 2-ci hissədə əzmkar qələbə qazanıblar. Əvvəlcə Fred tarazlığı bəpa edib. Antoni isə mankunyanların qələbə qqolunu vurub - 2:1. Ilk oyunda 2:2 hesabı qeydə alındığından “Mançester Yunyted” 1/8 finala adlayıb. “Barselona” isə mübarizəni dayandırıb.

İspaniyanın digər təmsilçisi Sevilya isə azarkeşlərii sevindirib. Doğma arenada PSV-yə 3 cavabsız qolla qalib gələn sevilyalılar məhz bunun saysində mərhələ adlayıb. Eyndhovendə meydan sahibləri 2:0 hesblı qələbə qazansalar da bu yalnız təsəlli olub. Luk de Yonq və Fabio Silva qapını dəqiq nişan alıb.

Niderlandın digər klubu “Ayaks” da mübarizəni dayandırıb. Komanda Berlində yerli “Union” komandasına uduzub.  Meydan sahibləri fasiləyə kimi 2 qol vurublar. Robin Konox və Yosip Yuranoviç fərqlənib. 2-ci hissənin əvvəlində Muhammed Kudus amsterdamlıları ümidləndirsə də, Danilo Doeki yekun nəticəni müəyyənləşdirib 3:1. Ilk oyunda hesab açılmadığından, cavab matçında qalib gələn Almaniya klubu mərhələ adlayıb.